Gəncədə 20 yaşlı oğlan intihar etdi

4 Noyabr 2023 13:04

Gəncədə 20 yaşlı oğlan intihar edib.

Milli.Az "report"a istinadən bildirir ki, Gəncə şəhər sakini, 2003-cü il təvəllüdlü Q.Qasımov yaşadığı evin çardağında naməlum səbəbdən özünü asaraq öldürüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az