Berluskoni «Milan»ı sata bilər

19 May 2010 12:15
İtaliya mətbuatının yazdığına görə, 24 ildir kluba rəhbərlik edən Berluskoni məlumatı rəsmən təsdiqləyib. "Ola bilsin ki, "Milan"ı satım. Bu, mənim nüfuzuma mənfi təsir göstərə bilər və heç kim düşünməsin ki, belə qərarı vermək asandır. Kakanı satdığım yadınıza gəlir? O zaman da bir neçə səs itirdim", - deyə Berluskoni bildirib.

O, hazırkı iqtisadi böhran dövründə komandaya yaxşı alıcı tapmağın da asan olmadığını söyləyib.
Qeyd edək ki, Berluskoni bu açıqlamanı azarkeşlərin onun əleyhinə şüarlar səsləndirməsindən sonra verib.

Milli.Az