"Barselona"nın saxta HESABATINA UEFA-dan CƏZA

4 Noyabr 2023 13:32

UEFA maliyyə feyr-pley qaydalarını pozduğuna görə "Barselona"nı cərimələyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu cəza Kataloniya təmsilçisinə 2022/2023 mövsümündə yol verdiyi qayda pozuntularına görə verilib.

"Barsa" gəlirləri haqda səhv hesabat verməkdə ittiham olunur. UEFA-da xüsusi komissiya müəyyən edib ki, Kataloniya klubu qeyri-maddi aktivlərdən əldə etdiyi vəsaiti öz gəlir maddəsinə daxil edib.

"Barselona" apellyasiya şikayəti versə də, Klubların Maliyyə Nəzarəti Təşkilatının Apellyasiya Palatası cərimə ilə bağlı ilkin qərarı qüvvədə saxlayıb.

Milli.Az