Musleradan "Qalatasaray"lılara pis xəbər - FOTO

4 Noyabr 2023 08:57

Ötən gecə Türkiyə Super Liqası çərçivəsində baş tutan "Qalatasaray" "Kasımpaşa" matçında zədələnən Musleranın qolu çıxıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə klubun həkimi Yener İncə danışıb.

O, bildirib ki, zərbədən Musleranın dirsəyində çıxıq olub. Meydançada yerinə salıblar:

"Bəzən yerinə oturtmaq uyğun gəlir, bəzən kiçik bir qırıq olsa, zədə uzanar. Sabah çəkəcəyimiz MRT-də dislokasiyanı müşayiət edən başqa bir vəziyyətin olub-olmadığını öyrənəcəyik".

Musleranın noyabrın 8-də keçiriləcək "Bayern Münhen" matçında meydana çıxıb-çıxmayacağı hələ də bəlli deyil.

Milli.Az