"Poyraz Karayel"in gənc ulduzu yeni serialda

4 Noyabr 2023 09:49

"Poyraz Karayel" serialındakı "Sinan" obrazı ilə sevilən gənc aktyor Ata Bərk Mutlu 6 il sonra ekranlara geri qayıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor "Bir derdim var" serialına rol alacaq.

O, layihədə "Arif" obrazına həyat verəcək.

Qeyd edək ki, serialın baş rolunu Bircə Akalay canlandırır.

Milli.Az