Dinc sakinlər ölsə də, əməliyyat davam edəcək - Hersoq

4 Noyabr 2023 08:43

Dinc sakinlərin çəkdiyi iztirablara baxmayaraq, HƏMAS-a qarşı mübarizə qruplaşma tamam yox edilənə qədər davam edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İsrail Prezidenti İshaq Hersoq deyib.

"Mülki şəxslərin kədərinin istismar edilməsi ilə əllərimizin bağlanacağını və HƏMAS-a zaman qazandıracağını düşünənlər yanılır. Qarşımızı almağa çalışan hər kəs bu dəhşətlərin bir daha yaşanmayacağı ümidini də baltalayır", - deyə Hersoq bildirib.

Milli.Az