"Meta" korporasiyasının rəhbəri Mark Zukerberq məşq zamanı çarpaz bağlarını zədələyib. O, xəstəxanaya yerləşdirilib.
Milli.Az APA-ya istinadən bildirir ki, Zukerberq xəstəxanadan fotosunu paylaşıb.
Zukerberq cümə günü "İnstaqram" səhifəsində yazıb: "Sparrinq zamanı çarpaz bağımı yırtdım və onu bərpa etmək üçün əməliyyatdan yenicə çıxdım".
O, gələn ilin əvvəlində baş tutmalı olan MMA döyüşünün (Tesla və X sosial şəbəkəsinin sahibi İlon Maskla - red.) təxirə salınacağını əlavə edib.
Milli.Az