Huşunu itirən azərbaycanlı futbolçunun son durumu açıqlandı

3 Noyabr 2023 23:11

Azərbaycan Premyer Liqanın 12-ci turunda "Turan Tovuz"a qarşı keçirilən oyunda huşunu itirərək xəstəxanaya aparılan "Səbail"in kapitanı Ağabala Ramazanovun son durumu açıqlanıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov futbolçunun həkim nəzarətində olduğunu deyib:  

"Ağabala hazırda həkim nəzarətindədir. Lakin hazırda durumu qeyri-müəyyəndir. Yekun müayinədən sonra vəziyyətinin nə yerdə olduğunu biləcəyik".

Milli.Az