Azərbaycanlı model xanımla dodaq-dodağa görüntüləndi - VİDEO - FOTO

4 Noyabr 2023 06:10

Dünyaca məşhur "Halloween" bayramı bitsə də, səs-sədası bitmək bilmir.

Milli.Az xəbər verir ki, sözügedən əyləncəli bayrama dünya məşhurları kimi, yerli ulduzlar da biganə qala bilməyib. Onlardan biri də "Miss Azərbaycan 2019" model Səmra Hüseynova olub. 

Geyimi ilə həmişə gündəmdə olan Səmra yenidən diqqətləri üzərinə çəkməyi bacarıb. Modelin bu gecədən paylaşdığı fotoları və videosu birmənalı qarşılanmayıb. Onun "Halloween"gecəsi üçün seçdiyi geyimi dünya ulduzlarının sıxca səhndə geyindiyi bodi olub. Siyah rəngdə olan bodisini, elə siyah rəngli qanadlarla və eyni rəngdə olan tacı ilə tamamlayıb.

Bu geyimdə məkanda və küçəyə çıxaraq verdiyi pozlar sosial şəbəkədə gündəm olub. Modelin bikini tərzində olan geyimli bu paylaşımını bəziləri tənqid edib, bəziləri isə onun fit bədən quruluşuna tərif yağdırıblar.

Səmranın paylaşımında diqqət çəkən digər məqam isə onun bir xanımla dodaq-dodağa görüntülənməsi olub. Sosial şəbəkə istifadəçiləri görüntülər barədə modelə suallar ünvanlasa da, cavabsız qalıblar.

Həmin fotoları və videoları təqdim edirik:

Tural 
Milli.Az