Ərdoğan Tokayevə TOGG hədiyyə etdi - FOTO

3 Noyabr 2023 16:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Türkiyə istehsalı olan TOGG elektromobili hədiyyə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti həmkarına təşəkkür edərək onu elektromobillərin uğurlu seriya buraxılışı münasibətilə təbrik edib.

Qeyd edək ki, noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) "Türk əsri" şüarı altında 10-cu yubiley sammiti keçirilib. Sammitdə həmçinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Milli.Az