"Dövlət büdcəsindən onkoloji xidmət üçün 50 milyon manat vəsait ayrılıb. Lakin onkoloji xəstəliklərin müalicəsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üçün həmin vəsait azdır".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
Deputat qeyd edib ki, həmin məbləğ onkoloji xəstəlikdən əziyyət çəkənlərin dərmanlarına belə çatmaz: "Təbii ki, bu artımı hökumət və Maliyyə Nazirliyindən gözləmirik, düzdür, arta da bilər. Ümumilikdə isə bu problemin həlli onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunması ilə mümkün ola bilər".
Milli.Az