Saxlanılanların sayı artdı - 1,8 milyonluq qaçaqmalçılıq

3 Noyabr 2023 16:07

İstanbul Polis İdarəsində saxlanılan Engin və Dilan Polat cütlüyü ilə bağlı istintaq davam edərkən yeni hadisə yaşanıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, araşdırma nəticəsində saxlanılanların sayı 24-ə yüksəlib. 

Cütlüyə məxsus şirkətin Ankara şöbəsini idarə edən Mustafa Özalp Polat ailəsinə məxsun 1 milyon 800 min lirəni nişanlısı Kübra Doğanın hesabına köçürməyə cəhd edib.  Pul qaçaqmalçılığı prosesi bank əməkdaşlarının diqqətində olub və qarşısı alınıb. 

Araşdırma hazırda Ankaranı da əhatə edib. 

Milli.Az