Robert Pattinson ata olacaq - FOTOlar

3 Noyabr 2023 09:09

"Alatoranlıq" filmi ilə məşhurlaşan Robert Pattinsonun ilk övladı dünyaya gələcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor sevgilisi Suki Uoterhausla küçədə gəzərkən paparatsilərin hədəfinə tuş gəlib.

Fotolarda qızın hamilə olması aydın görünüb.

Qeyd edək ki, 2018-ci ildən münasibətdə olan cütlük bu yaxınlarda "GQ Awards" mərasiminə qatıldıqdan sonra onların valideyn olacağı haqda iddialar irəli sürülmüşdü. 

Milli.Az