Dənizdə tufan olacağı gözlənilir

3 Noyabr 2023 08:23

Şərqi Aralıq dənizi üçün tufan xəbərdarlığı edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.

Verilən məlumata görə, bu gün səhər saatlarına qədər Mersinin şərqi, Adananın cənubu, Hatayın sahil və şimalı ilə Osmaniye ətraflarında yerli güclü tufan gözlənilir.

Meteorologiya Baş İdarəsi insanları diqqətli və tədbirli olmağa çağırıb.

Milli.Az