ABŞ nüvə sınağı keçirəcəkmi? - Vaddi açıqladı

2 Noyabr 2023 23:36

ABŞ nüvə sınaqları keçirmək planları yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının silahlara nəzarət üzrə baş direktoru Pranay Vaddi deyib.

"Birləşmiş Ştatların hər hansı nüvə sınağı keçirməyə ehtiyacı yoxdur və ya planları yoxdur. Biz CTBT-yə (Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi) və onun qüvvəyə minməsinə güclü dəstəyimizi bir daha bildiririk", - Vaddi bildirib.

Milli.Az