Rusiya Prezidenti Vladimir Putin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasını ləğv edən qanunu imzalayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Qeyd edək ki, Nüvə Sınaqlarının Qadağası Müqaviləsi 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilib.
Milli.Az