Bu il ölkədə havaların qeyri-sabit keçməsi ilə bağlı zərər çəkmiş fermerlərə 4 milyon manatdan çox kompensasiya ödəniləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Firdovsi Ağaşirinov bildirib.
O qeyd edib ki, qurumun ödədiyi kompensasiyanın həcmi 2020-ci ildə 29 min manat, 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə isə 2,4 milyon manat olub:
"Hər bir fermer yekunda məhsuldan xeyir götürmək istəyirdi. Havaların qeyri-sabit keçməsi nəticəsində fermer gözlədiyi gəlirdən məhrum oldu. Amma sığortalı fermerlər ödənişlərini aldılar və ziyana düşmədilər", - deyə o qeyd edib.
Milli.Az