İsrail 3 min ton silah aldı

2 Noyabr 2023 21:21

Münaqişənin kəskinləşməsindən bəri (7 oktyabr) İsrailə 100 yük təyyarəsi və 5 gəmi ilə 3000 ton silah və hərbi texnika, qoruyucu vasitələr və tibbi ləvazimatlar gətirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bundan əlavə, Müdafiə Nazirliyi İsrail müəssisələrindən təxminən 10 milyard şekel (2,5 milyard dollar) dəyərində avadanlıq alıb.

Milli.Az