İntihar edən azyaşlı uşaq atasının cibindən nə çıxdı?

19 May 2010 12:00
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Taxtalar kənd sakini, 27 yaşlı Amil Abıyev yaşadığı evin yaxınlığında tut ağacından özünü asıb.

Mərhumun özünə qəsd etməsinin səbəbləri bilinmir. Onun cibində siqaretdən başqa heç nə olmayıb.

Azyaşlı uşaq atası olan A.Abıyev "Azərkörpü" ASC-də fəhlə işləyirmiş. Onun ölümünün səbəbləri məlum deyil.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az