2 günlük körpəsini öldürüb fındıq bağında basdırdı

2 Noyabr 2023 15:30

Türkiyədə nikahdankənar münasibətdən dünyaya gələn 2 günlük körpə qızını öldürüb fındıq bağında basdıran qadın məhkəməyə çıxıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu qanlı cinayət 2022-ci ilin sentyabrında baş verib. 

27 yaşlı Bilge Çapa nikahdankənar münasibətdən dünyaya gələn 2 günlük körpə qızını öldürüb fındıq bağında basdırmaq ittihamı ilə saxlanıldığı işdə hakim qarşısına çıxıb. 

"İstifadə etdiyim dərmanlara görə bəzi hadisələri xatırlamıram" deyən Çapa özünü belə müdafiə edib: 

"Həmin gün körpə ilə xəstəxanadan çıxandan sonra evdə heç kim yox idi. Axşam yatdım. Ertəsi gün yuxudan oyandım, Uşaq ölmüşdü. Çox qorxduğum üçün meyiti gizlətmək qərarına gəldim". 

Milli.Az