Paşinyan Qarabağdan könüllü gedənlərə bağlı bu tapşırığı verdi

2 Noyabr 2023 14:51

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk edən ermənilərə ölkə vətəndaşlığının verilməsi məsələsini mümkün qədər tez bir zamanda həll etməyi tapşırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasında danışıb. 

Onun sözlərinə görə, çox sayda erməni Ermənistan vətəndaşlığının alınması üçün müraciət edir.

Milli.Az