İlham Əliyev Qazaxıstana səfərə gedib - VİDEO - FOTO

2 Noyabr 2023 14:10

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına səfərə gedib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az