Qəbələ rayonunun Bunud kəndində həyətlərdəki meyvə agacları odun kimi istifadə edilir.
Səbəb sözügedən kənddə qazın olmamasıdır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Bunud kəndinin 1200 nəfərə yaxın əhalisi var.
Mavi yanacaq olmadığı üçün sakinlər qış fəslində çox çətinlik çəkdiyini deyirlər.
Məsələ ilə bağlı ''Azəriqaz'' İstehsalat Birliyindən qeyd edilib ki, Bunud kəndinin qazlaşdırılması növbəti mərhələdə aparılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az