"Gərək necə axırıncı adam olasan ki, bir sevgilini qoyub, o biri sevgilinin yanına gedəsən".
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Nura Surinin "Kişilər də, qadınlar da eyni anda 2-3 nəfəri sevə bilər. Bunun adı sevgidir, xəyanət yox" fikrinə münasibət bildirən müğənni Samirə Yusifqızı Yenicag.az-a açıqlamasında deyib.
Sənətçinin fikrincə, belə davranış sevgi yox, cinayət adlanır:
"Mənim ürəyim çoxmənzilli ev deyil. Sevməmişəm, bilmirəm. Mən yalnız ailəmi sevə bilərəm. Yalnız bir adamı sevmək olar. İki-üç adamı eyni vaxtda necə sevmək olar? Bu, sevgi deyil, xoşlanmaqdır. Sevgi müqəddəs hissdir, yalnız bir adamı sevmək olar. Bu, xəyanət deyil, bəs nədir?
Eyni vaxtda bir kişini sevirəm, onun yanından çıxıb, digər sevdiyim kişinin yanına gedirəm, bu, xəyanət deyil də, sevgidir? Bu mənə çatmadı. Bağışla da ay sevgilim, səninlə görüşdüm, indi gedirəm o biri sevgilimin yanına.
Belə şey necə ola bilər? Bu cinayətdir, qəbahətdir, nədir, ad tapa bilmirəm. Gərək necə axırıncı adam olasan ki, bir sevgilini qoyub, o biri sevgilinin yanına gedəsən. Belə şeyi heç vaxt qəbul edə bilmərəm. Mənim kimi də çoxu bu fikirdədir.
Onu da deyim ki, hərə öz fikrini söyləyə bilər, hamıya da hörmətlə yanaşıram. Fərqi yoxdur, bu fikri kim səsləndirib. Sadəcə mən öz düşüncəmi ifadə etdim".
Milli.Az