Xəzərdə suyun səviyyəsi 114 sm düşdü - Nazir

2 Noyabr 2023 12:28

Xəzər dənizinin səviyyəsi son 5 il ərzində 69 sm, son 10 ildə isə 114 sm aşağı enib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.

O bildirib ki, Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyəti və dəniz səviyyəsinin aşağı düşmə dinamikası narahatlıq doğurur.

Milli.Az