Qəzzada Azərbaycan vətəndaşı var? XİN-dən açıqlama

2 Noyabr 2023 11:52

Qəzzada Azərbaycan vətəndaşının olub-olmamasına dair məlumatımız yoxdur.

Milli.Az xəbər verir ki, bunu "Report-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayandan bəri İsraildə 8 Azərbaycan vətəndaşı həlak olub:

"Səfirliyimizin fəaliyyəti isə davam etdirilir. Hansısa ciddi məhdudiyyət yoxdur".

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında mübaribə başlayıb. İsrail ordusu bir neçə gün əvvəl Qəzzaya daxil olub və quru əməliyyatlarına başlayıb.

Milli.Az