Ağstafada hərbçilərin olduğu avtomobil qəzaya uğradı: 1 ölü, 4 yaralı

19 May 2010 11:48
Ağstafa Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün səhər saat 07:40 radələrində Ağstafa - Qazax yolunun Ağstafa rayonu ərazisinə düşən hissəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin leytenantı Şahin İslamov idarə etdiyi şəxsi "VAZ 2107" markalı avtomobillə qəza törədib. Məlumata görə, İslamovun idarə etdiyi avtomobilin təkəri yolda partlayıb və yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü həlak olub, avtomobildəki 4 sərnişin, həmin hərbi hissənin gizirləri müxtəlif dərərcəli bədən xəsarətləri alıb və rayon xəstəxanasına yerləşdiriliblər.

Prokurorluqdan bildirilib ki, faktla bağlı Qazax Hərbi Prokurorluğunda araşdırma aparılır.

/Trend/