KİV: ABŞ-ın Suriyadakı hərbi bazasına PUA hücumu oldu

2 Noyabr 2023 10:51

ABŞ-ın Suriyadakı hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbi baza Suriyanın şərqində Əl-Ömər neft yatağı yaxınlığında yerləşir.

Hadisənin təfərrüatları barədə əlavə məlumat açıqlanmayıb.

Milli.Az