BMT TŞ-yə rəhbərlik bu ölkəyə keçdi

2 Noyabr 2023 08:56

BMT Təhlükəsizlik Şurasına rəhbərlik Braziliyadan Çinə keçib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Szyun noyabr ayı üçün iş proqramını təqdim edib.

Daimi nümayəndə qeyd edib ki, əsas hədəf Yaxın Şərqdə müharibənin dayandırılması və Qəzzada atəşkəsin bərpa olunmasını təmin etməkdir.

Milli.Az