"HƏMAS-ın cəbhə xəttinə nüfuz etmişik"

2 Noyabr 2023 08:10

İsrail hərbçiləri Qəzza zolağının şimalında HƏMAS-ın silahlı qüvvələrinin müdafiə xəttini yarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari məlumat verib.

"Quru əməliyyatı planlaşdırıldığı kimi davam edir. Qoşunlarımız Qəzza zolağının şimalındadır. Kəşfiyyat məlumatları və koordinasiyalı hava, dəniz və quru zərbələri sayəsində qüvvələrimiz Qəzza zolağının şimalında HƏMAS-ın cəbhə xəttinə nüfuz edib", - D.Haqari deyib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə əks-hücum həmlələrinə başlayıb.

Milli.Az