Bu türk ölkəsində çoxarvadlılıq qadağan olundu

1 Noyabr 2023 22:33

Özbəkistanda çoxarvadlılıq qadağan olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı ölkə Prezidenti Şövkət Mirziyayev qanunvericiliyə çoxarvadlılığın təşviqinə görə inzibati məsuliyyətin tətbiqini nəzərdə tutan dəyişiklikləri imzalayıb.

Dəyişikliklərə əsasən, iki və ya daha çox qadınla birgə yaşamağa təşviq etmə, bu cür məzmunlu fikir, ideya və ya müraciət yayma, habelə bu cür hərəkətləri təşviq etmə cərimə və ya inzibati həbsə səbəb olacaq.

Milli.Az