Çin İsraili xəritədən sildi - FOTO

1 Noyabr 2023 21:24

İsrail və Fələstin adı artıq Çinin rəqəmsal xəritələrində görünmür. Sözügedən xəritələrdə bu ölkələrin nə adı var, nə də bayrağı.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Qəzzaya olan hücumlarda Çin gözlənilməz addım atıb. Məşhur Çin rəqəmsal xəritə tətbiqləri və veb saytları İsrail və Fələstin adlarını platformalarından çıxarıb.

Çin Baidu və Gaode kimi xəritəçəkmə proqramlarında bütün ölkələr öz adları və bayraqları ilə göstərilir. Ancaq İsrail və Fələstinə gəlincə, heç bir ad və bayraq qoyulmayıb. Oxşar vəziyyət xəritəyə mobil telefon vasitəsilə daxil olarkən də müşahidə olunub. Məsələ ilə bağlı şirkətlərdən heç bir açıqlama verməyib.

Qeyd edək ki, Çin İsrail və Fələstin dövlətlərini rəsmən tanıyır.

Milli.Az