Ronaldo bu hərəkəti ilə gündəm oldu - VİDEO

1 Noyabr 2023 15:25

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı ulduz Kriştianu Ronaldo etdiyi hərəkətlə gündəmə gəlib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, Kral Kubokunun 1/8 finalında "Əl-İttifaq"a qarşı keçirdikləri matçda hakimin əvəzlənməsini istəyib. 

Belə ki, matçın referisi 45+4-cü dəqiqədə Ronaldonun komanda yoldaşı Taliskanın vurduğu qolu qeydə almayıb. Buna qəzəblənən ulduz oyunçu 4-cü hakimə baxaraq əsas hakimi əvəzləməsini istəyib. 

Milli.Az