Norveç: İsrail müharibə qaydalarını pozur!

1 Noyabr 2023 19:32

İsrail Qəzzada müasir müharibə qaydaları pozur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Norveçin Baş naziri Yonas Qar Störe deyib.

"Hesab edirəm ki, bu (İsrailin HƏMAS hücumuna cavabı - red.) proporsionallıqdan kənara çıxır. Mülki əhali üçün humanitar nəticələr fəlakətlidir, itkilərin sayı, dağıntıların miqyası və xüsusilə uşaqların üzərinə düşən böyük yük humanitar norma və standartların tələblərinin pozulmasıdır", - o bildirib.

Milli.Az