Şahramanyan İrəvanda aktivlik edir - görüntüləri yayıldı

1 Noyabr 2023 15:34

İrəvanda yerləşən "Marriott" otelində qondarma "Artsaxın" qondarma prezidenti Samvel Şahramanyanın və deputatlarının iştirakı ilə qapalı müzakirə keçirilir.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın "Pastinfo" agentliyinə istinadən xəbər verir ki, bunu "Artsax Dövlətçiliyinin Qorunması Komitəsi" təşəbbüs edib.

Qeyd edilib ki, otelin dəhlizində jurnalistlər Şahramanyana bir neçə sual ünvanlasa da, o bu suallara cavab verməkdən çəkinib.

Milli.Az