Bakıda polis yol kənarında azyaşlı uşaq tapdı - FOTO

1 Noyabr 2023 10:23

Ötən gün polis əməkdaşları yol kənarından azyaşlı uşaq taparaq "Azərbaycan Uşaqları"İctimai Birliyinə təhvil veriblər.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Uşaqları"İctimai Birliyinin əməkdaşı Zaur Babayev məlumat yayıb.

O, bildirib ki, təxminən 5 yaşı olan uşaq nitq qüsurludur. Ehtimal olunur ki, bilərəkdən yolda buraxıb gediblər.

Milli.Az