İtaliya Qəzzada səhra xəstəxanası qurmaq istəyir

1 Noyabr 2023 08:40

İtaliya hökuməti Qəzza zolağında səhra xəstəxanası qurmaq istəyir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İtaliya müdafiə naziri Qido Krosetto sosial media hesabında yazıb.

O bildirib ki, artıq Hərbi Hava Qüvvələrinin daha bir təyyarəsi Qəzza zolağının əhalisi üçün yardım aparıb:

"Təyyarə artıq Misir hava limanına enib. Biz hazırda Qəzzada səhra xəstəxanası yaratmaq imkanını nəzərdən keçiririk".

Milli.Az