Qəzzaya görə BMT-dəki vəzifəsindən istefa verdi

1 Noyabr 2023 07:17

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Nyu York ofisinin direktoru Kreyq Mokhiber vəzifəsinfən istefa verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Mokhiber istefası ilə bağlı BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkə məktub ünvanlayıb.

O, BMT-nin Fələstin-İsrail nizamlanmasına yanaşmasına görə istefa verdiyini vurğulayıb:

"Biz soyqırımın gözümüzün önündə cərəyan etdiyini görürük və xidmət etdiyimiz Təşkilat buna mane ola bilmir".

Milli.Az