Bu ölkə İsraillə diplomatik münasibətləri kəsir

1 Noyabr 2023 07:07

Boliviya hökuməti Qəzza zolağındakı hərəkətlərinə görə İsraillə diplomatik münasibətləri kəsir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin xarici işlər nazirinin müavini Freddi Mamani bildirib.

"Boliviya İsraillə diplomatik münasibətləri kəsmək qərarına gəlib", - o, Bolivia TV-də yayımlanmış mətbuat konfransında deyib.

Milli.Az