"Ailə"nin bir bölümü bu qiymətə satılıb

1 Noyabr 2023 08:33

"Show" kanalında yayımlanan "Ailə" serialı rekorda imza atıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işinin "Kann mipcom sərgisi"ndə bir bölümü 600 min dollara satılıb.

Layihə 80-dən çox ölkədə yayımlanacaq.

Qeyd edək ki, serialın baş rollarını Kıvanç Tatlıtuğla Serenay Sarıkaya paylaşır.

Milli.Az