Məşhur müğənninin qətli ilə bağlı serial çəkiləcək

31 Oktyabr 2023 23:57

"The Beatles" qrupunun solisti Con Lennonun qətli ilə bağlı sənədli serial çəkiləcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, layihəni "Apple TV+" ərsəyə gətirəcək.

Üç seriyadan ibarət sənədli film "John Lennon: Murder Without A Trial" adlanacaq. Ekran işinin rejissoru Kifer Sazerlend olacaq.

Layihədə tamaşaçılara əvvəllər dərc olunmamış şahid ifadələri, hadisə yerindən fotoşəkillər, həmçinin psixiatrlar, detektivlər, vəkillər və musiqiçinin qohumları ilə müsahibələr təqdim olunacaq.

Qeyd edək ki, Con Lennon 1980-ci ilin dekabrında Nyu-Yorkda öldürülüb. Mark Çapman adlı şəxs sənətçiyə beş dəfə atəş açıb və buna görə o, sonradan ömürlük həbs cəzasına məhkum edilib.

Milli.Az