HƏMAS əcnəbi girovları azad edəcəyini elan etdi

31 Oktyabr 2023 23:44

HƏMAS-ın İzzəddin Əl-Qəssam Briqadası yaxın günlərdə girov saxladığı əcnəbi şəxsləri azadlığa buraxacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə qruplaşmanın məlumatında deyilir.

"Biz vasitəçilərə yaxın günlərdə bir sıra əcnəbiləri azad edəcəyimizi bildirdik", - deyə məlumatda deyilir.

Milli.Az