Derbidə uduzduqdan sonra gecə klubuna getdi, azarkeşlərin qəzəbinə tuş gəldi

31 Oktyabr 2023 23:33

"Mançester Yunayted"in ulduzu Markus Reşford Mançester derbisində 0:3 hesablı məğlubiyyətdən sonra gecə klubuna gedib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oyunçunun "Mançester Siti"yə uduzduqları gün belə addım atması azarkeşlərin qəzəbinə səbəb olub. Tərəfdarlar futbolçunun sosial şəbəkə hesablarında onu təhqir ediblər. 

Gecə klubunda dostunun ad gününə qatılan Reşfordun əylənməsi klubda da yaxşı qarşılanmayıb. 

Tez-tez belə məclisdə iştirak edən oyunçunun klubun nəticələrindən çox əyləncəni düşünməsi baş məşqçi Erik ten Haqın onu cəzalandırmasına səbəb ola bilər.

Milli.Az