«BMW» 100 mindən artıq məhsulunu geri çağırır

19 May 2010 11:43
Milli.Az utro.ru saytına istinadən xəbər verir ki, səbəb onların əyləc sistemində problemin olmasıdır. Bəzi motosikletlərin əyləc sistemindən əyləc mayesi axır. Qurum bildirir ki, hələlik bu problem üzündən heç bir yol  qəzası baş verməyib. Lakin "BMW" mümkün qəzaların qarşısını almaq üçün bütün motosikletlərin geri çağırılmasına qərar verib. Buraya 2006-cı ilin avqustundan 2009-cu ilin mayınadək istehsal olunmuş motosikletlər daxildir.

Milli.Az