İsrailin hücumunu lənətləyirik - Türkiyə

31 Oktyabr 2023 20:41

İsrailin Cibaliye düşərgəsinə (Qəzza) hücumunu lənətləyirik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

"İsrail ordusuna hər hansı qırmızı xətt bildirmirik - deyənlər bu qətliamı təşviq etdilər", - deyə sözçü bildirib.

Qeyd edək ki, İsrail ordusunu Cibaliye düşərgəsinə hücumu nəticəsində azı 100 dinc sakin həlak olub.

Milli.Az