Abdullahiyan HƏMAS rəhbəri ilə görüşdü

31 Oktyabr 2023 19:57

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Dohada HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Qəzza zolağında baş verən son hadisələri müzakirə ediblər.

Qeyd edək ki, İranın xarici işlər naziri oktyabrın 7-dən bəri HƏMAS Siyasi Bürosunun rəhbəri ilə ikinci dəfə görüşüb.

Milli.Az