İran metrosundan istifadə edən qadın sərnişinə qarşı məcburi hicaba əməl etmədiyinə görə zorakılıq tətbiq olunub.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Şiraz şəhər metrosunun müşahidə kameralarına düşən videoya görə, repressiv hökumət qüvvələri ilə məcburi hicabdan imtina edən qadın arasında münaqişə yaranıb.
Qarşıdurma nəticəsində qadının yerə yıxıldığı görünür.
Milli.Az