KİV: Qəzzaya 20 mindən çox İsrail əsgəri daxil oldu

31 Oktyabr 2023 18:48

Oktyabrın 27-dən bəri Qəzza zolağına daxil olan İsrail əsgərlərinin sayı bəlli olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Axios"a iki İsrail mənbəsi bildirib.

Mənbələrin verdiyi məlumata görə, ən azı iki zirehli və piyada diviziyası - 20 000-dən çox İsrail əsgəri müharibə başlayandan bəri anklav ərazisinə daxil olub.

Milli.Az