Dollarla bağlı MÜHÜM XƏBƏR

31 Oktyabr 2023 16:21

31 oktyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hərracda tələb 41 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 18.8% azdır. Belə ki, 26 oktyabrda keçirilən valyuta hərracında banklar 50.5 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. 

Milli.Az