Bu ölkə DÇ-2034-ün evsahibliyindən imtina etdi

31 Oktyabr 2023 15:40

Avstraliya 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təklifindən imtina edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə yerli Futbol Federasiyası məlumat yayıb.

Avstraliyalıların geri çəkilməsi favorit olan Səudiyyə Ərəbistanının şanslarını daha da artırıb.

Ərizələrin FİFA-ya göndərilməsi bu gün başa çatacaq.

Qeyd edək ki, 2026-cı ildə dünya çempionatını ABŞ, Kanada və Meksika birgə keçirəcək. 2030-cu ildə isə 6 ölkə - Uruqvay, Argentina, Paraqvay, Mərakeş, İspaniya və Portuqaliya mundiala ev sahibliyi edəcək.

Milli.Az